Bakıda tikintidə bədbəxt hadisə baş verib.

XALQ xəbər verir ki, hadisə ötən gün saat 20 radələrində Badamdar qəsəbəsindəki “Huner Group” MMC-nin  tikinti meydançasında qeydə alınıb.

Belə ki, orada fəhlə kimi çalışan 1988-ci il təvəllüdlü Neftçala sakini Ramil Əlisafa oğlu Səfərovun üzərinə elektrik barabanı aşıb.

Nəticədə o, hadisə yerində vəfat edib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.


media-728x90banner

Bənzər xəbərlər