media-902

Heydər Əliyev Hava Limanında sərnişin təyyarəyə minərkən halı pisləşib.

XALQ-a verilən məlumata görə, Bakı-Dubay reysi ilə uçuşa hazırlaşan sərnişin Heydər Əliyev Beynəlxalq Hava Limanında təyyarəyə minən zaman halı pisləşib. Hadisə saat 08:45 radələrində, uçuşa 15 dəqiqə qalmış baş verib.

Məlumata görə, sərnişin pilləkənlə qalxarkən qəfildən yıxılıb. Hadisə yerinə dərhal tibbi yardım briqadası cəlb olunub. Ona ürək massajı edilib və ilkin tibbi müdaxilə göstərilib. Daha sonra sərnişin xəstəxanaya aparılıb.

Sərnişinin sonrakı vəziyyəti barədə məlumat yoxdur.

Qeyd edək ki, uçuş təxminən 15 dəqiqə gecikmə ilə davam etdirilib.Patrulaz.az


media-728x90banner

Bənzər xəbərlər