Bakı-Naxçıvan reysində həyacanlı anlar: Təyyarə Bakıya geri qayıdıb eniş etdi……
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin mayın 14-də saat 20.00- da Bakı-Naxçıvan reysini yerinə yetirən təyyarəsi Bakıya qayıdıb.
XALQ-a hadisə şahidi məlumat verib.
Belə ki, təyyarədə olan sərnişinlər bildirblər ki, Naxçıvana artıq çatmışdıq lakin hava gəmisi Naxçıvan hava limanın enmədən Bakıya qayıdacağımız elan olundu. Hadisə şahdi bildirir ki,sərnişinlər çox həyacanlı anlar yaşayıb.
Saat 23.00-də Bakıya eniş etdik. Bildirdilər ki, təyyarə hava şəraitinə görə Naxçıvana eniş edə bilməyib.
Bizi hava limanında gözlətdilər gecə saat 1-də uçacığımız bildirdilər. Sərnişinlər çox stres keçiriblər, halı pisləşəndə oldu deyə hadisə şahidi qeyd edib.
Məsələ ilə bağlı AZAL heç bir açıqlama verməyib.