Bakı-Quba yolunda qəza: 5 ölü
Bakı-Quba yolunda dəhşətli yol nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Bakı-Quba yolunun 22-ci kilometrliyində, Saray postunun yaxınlığında baş verib.
Qəza beton daşıyan “KamAZ” markalı yük avtomobili ilə “Tida” markalı minik maşınının toqquşması nəticəsində baş verib. Qəzaya minik avtomobilinin qəfildən yük maşının yoluna çıxmasının səbəb olduğu bildirilir. Qəza nəticədə 5 nəfər ölüb.
Ölən və yaralananların şəxsiyyətləri dəqiqləşdirilir.