Bakı Şəhəri üzrə Təhsil İdarəsinə edilən bu müraciətlər həll olundu
Bakı Şəhəri üzrə Təhsil İdarəsi(BŞTİ) oktyabr ayı ərzində müraciətlərin sayını açıqlayıb. Bu haqda 2 noyabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat verib.
Statistikaya əsasən, oktyabr ayı ərzində İdarəyə 13.513 müraciət daxil olub. 146-0 nömrəli Çağrı Mərkəzində 10.725 zəng qəbul edilib. Qəbul Mərkəzinə isə 136 vətəndaşın videoqəbul formatında müraciəti daxil olub. BŞTİ-nə 2207 sənəd və 445 elektron müraciət daxil olub və qeydiyyata alınıb.
Müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll edilib.










