Azərbaycanda yeni “Bugatti Chiron Pur Sport” model avtomobil satılır.
XALQ xəbər verir ki,elan saytında avtomobil alıcılara 4 444 444 ABŞ dollarına – təqribən 7 555 554 manata təklif edilir.
2023-cü il istehsallı maşının mühərrikinin həcmi 8 litrdir.
Qeyd edək ki, avtomobil sifarişlə gətiriləcək.

