Bakıda beşinci “Avropa Bilik Yarışı” keçirilib
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi Gənc Avropa Səfirləri (GAS) ilə əməkdaşlıq çərçivəsində Bakıda gənclər arasında 5-ci “Avropa Bilik Yarışı”nı təşkil edib.
XALQ xəbər verir ki, yarışa qatılmaq üçün 130-dan çox komanda, yəni 520 iştirakçı müraciət edib. Bu, müsabiqənin başlamasından bəri ən yüksək müraciət sayıdır.
Bu müsabiqə bütün Azərbaycanın üzrə orta məktəb şagirdlərindən tutmuş universitet tələbələrinə qədər perspektivli gəncləri bir araya gətirib.
Müsabiqə illik bir ənənəyə çevrilib və gəncləri Avropa, onun dəyərləri və müxtəlifliyi haqqında daha çox məlumat əldə etməyə ruhlandırmaq baxımından bir platforma rolunu oynayır.
Tədbirdə Aİ-nin Azərbaycandakı səfiri xanım Mariyana Kuyundzic açılış nitqi ilə çıxış edərək deyib ki, Avropa İttifaqı Azərbaycandakı gəncləri hər zaman daha parlaqgələcək qurmaq yolunda göstərdikləri səyləri dəstəkləyir.

Bu il Aİ-nin Gənclər Müsabiqəsində 69 nəfərin təmsil olunduğu 18 komanda iştirak edib. Final yarışmasında yarışmaq üçün hər biri 3-4 iştirakçıdan ibarət dörd komanda seçilib.
Müsabiqə komandalar arasında viktorina formatında keçirilib. Komandalar bir sıra sualları cavablandırıb və düzgün cavabların sayına əsasən xal qazanıblar. Ən yüksək bal toplayan komandalar qalib elan edilib.
Komandaların düzgün cavabların sayına görə sıralandığı intellektual yarışmanın nəticələrinə əsasən, Gazalkhan komandası birinci, Axolotl komandası ikinci və EUconomist komandası isə üçüncü yeri tutub. İlk üç yeri tutan komandaya xüsusi mükafatlar təqdim edilib.
Aİ-nn səfiri Aİ-yə üzv dövlətlərin səfirləri və nümayəndələri ilə birlikdə yarışmanın bütün finalçılarına sertifikatlar təqdim edib.










