Bakıda dönərxana yandı
Bakının Yasamal rayonunda yanğın olub.
Xalq.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ümumi sahəsi 16 kv.m olan dönərxana yanıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Dönərxanaya bitişik obyektlər yanğından mühafizə olunub.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.