media-4

Bakıdan Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səfər etmək istəyən azərbaycanlılar Pakistanda qalıb.

XALQ-ın məlumatına görə, hadisə haqqında məlumat verən Nəzakət Heydərli bildirib ki, BƏƏ-nin Şarja əmirliyinə getmək üçün havaya qalxan təyyarə bölgədəki mövcud vəziyyətlə bağlı təcili Pakistana eniş etməli olub.

Nəzakət Heydərlinin sözlərinə görə, hazırda Kəraçi şəhərində onunla bərabər 40-a yaxın Azərbaycan vətəndaşı var. Onlar Azərbaycana qayıtmaq istədiklərini, lakin buna nail ola bilmədiklərini bildirib.

XİN-dən isə bildirildi ki, məsələdən məlumatlıdırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


media-728x90banner

Bənzər xəbərlər