Bakıda FIDE Prezident Şurasının iclası başladı
Bakıda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Prezident Şurasının iclası öz işinə başlayıb.
Toplantıda FİDE prezidenti Arkadiy Dvorkoviç, FIDE və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov, eləcə də digər rəsmilər iştirak edirlər.
İki gün davam edəcək iclasın gündəliyinə bir sıra vacib məsələlər daxil edilib. Prezident Şurasında 3 ölkəyə FIDE üzvlüyünə qəbul olunacaq. Həmçinin federasiyaların üzvlük haqqlarının azaldılması məsələsinə baxılacaq və şahmat yarışları üçün geyim dəstləri təsdiqlənəcək.
İclasda bir sıra beynəlxalq yarışların ev sahibləri müəyyənləşəcək.
Orxan