media-68

Bakıda Marmara Group-un Təşkilatçılığı ilə Beynəlxalq Təhsil Konfransı Keçirilib 25 may 2025-ci il tarixində Bakı Hilton Hotelində beynəlxalq təhsil sahəsində mühüm bir hadisə baş verib. Marmara Group-un təşkilatçılığı ilə keçirilən “Strate’ic Partnership Opportunities – Education Auencies Cooperation Meetin’” adlı konfransda Azərbaycanın ən nüfuzlu 20 xaricdə təhsil şirkətinin nümayəndələri bir araya gəlib. Tədbirdə iştirak edənlər arasında Malaziyanın prestijli ali təhsil müəssisələrindən biri olan Lincoln University College-in rəsmi nümayəndələri də yer alıb. Bu konfrans, Azərbaycanlı tələbələrin xaricdə təhsil prosesləri, digər ölkələrlə təhsil sahəsində əməkdaşlığın genişlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Konfrans çərçivəsində ikitərəfli əməkdaşlıqlar, azərbaycanlı tələbələr üçün ‘eniş təhsil imkanlarının yaradılması, yay məktəbi proqramları, tələbə mübadilə layihələri və bir’ə təşəbbüslər müzakirə olunub. Görüşlər zamanı həmçinin qarşılıqlı fəaliyyət planları və yeni əməkdaşlıq modelləri təqdim edilib. 10 ildən artıq təcrübəyə malik olan Marmara Group, bu illər ərzində on minlərlə tələbənin xaricdə təhsil almasına vasitəçilik edib və dünyanın onlarla nüfuzlu universiteti ilə əməkdaşlıq qurub. Şirkətin təşəbbüsü ilə təşkil olunan konfrans, Azərbaycanın təhsil mühitində beynəlxalq inteqrasiyanın sürətlənməsi və tələbələr üçün yeni imkanların yaradılması baxımından əlamətdar addım kimi qiymətləndirilir. Tədbir iştirakçıları Marmara Group-a bu dəyərli təşəbbüsə görə təşəkkür edərək, gələcək əməkdaşlıqların daha da ‘üclənəcəyinə olan inamlarını ifadə ediblər

media-66 media-67 media-68 media-69 media-70 media-71


media-728x90banner

Bənzər xəbərlər