Bakıda qandalını qırıb qaçan şəxs saxlanıldı – Yenilənib
19 yaşlı Məmmədəli qandalları qıra bilib.
Bakıda qandalını qırıb qaçan şəxs tutulub.
Xalq.az xəbər verir ki, Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, 1994-cü il təvəllüdlü İbrahim Məmmədli bir saat əvvəl Nərimanov rayonu Dərnəgül qəsəbəsində saxlanılıb.
Qeyd edək ki, oğurluq törətməkdə təqsirli bilinərək tutulan, İ.Məmmədli barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimatın verilməsi ilə bağlı Rayon Prokurorluğuna aparılarkən qolundakı qandalı qıraraq qaçmışdı.
12:29
Bakıda təqsirləndirilən şəxs polis idarəsindən qaçıb.
Xalq.az APA-ya istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, qaçan şəxs oğurluq törətməkdə təqsirli bilinərək tutulan, 1994-cü il təvəllüdlü İbrahim Nadir oğlu Məmmədlidir.
O, barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimatın verilməsi ilə bağlı Rayon Prokurorluğuna aparılarkən qolundakı qandalı qıraraq qaçıb.
Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.