featured-image-12390

77

 

Bakıda növbəti dəfə sərnişin avtobusu qəzaya uğrayıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə Xətai rayonu, Nobel prospektində baş verib.
“Nargilə” kafesinin önündə “Shaqman” markalı yük avtomobili ilə iri tutumlu sərnişin avtobusu toqquşub. Şahidlərin bildirdiklərinə görə, yük avtomobili idarə etməni itirib və işıqforun qarşısından dönmə hərəkətini yerinə yetirən sərnişin avtobusunun ön hissəsinə dəyib.
Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasından ANS PRESS-ə verilən məlumata görə, qəza nəticəsində iki nəfər- 60 yaşlı Kamal adlı sərnişin və sürücü yaralanıb. Sərnişin Sabunçu rayon xəstəxanasına yerləşdirilib.

Yol polisi əməkdaşları hadisə yerinə gəliblər. Qəza nəticəsində ölən və yaralanalar barəsində məlumat verilmir.


media-728x90banner

Bənzər xəbərlər