media-014

Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində görülən mühəndis işi sosial şəbəkələrdə tənqid edilib.

XALQ.AZ  xəbər verir ki, söhbət Dəmiryol körpüsünün alt hissəsinə taxta şalbanlarla müvəqqəti dəstək verilməsinə cəhd edilməsindən gedir. Sosial mediada yayılan görüntülərdə körpünün metal konstruksiyalarına uyğun olmayan taxta dayaqların yerləşdirildiyi açıq-aydın görünür.

Mütəxəssislər belə müdaxiləni həm texniki baxımdan təhlükəli, həm də sərnişin və nəqliyyat təhlükəsizliyi üçün ciddi risk hesab edirlər. Mühəndislik normalarına əsasən, dəmiryolu infrastrukturu üçün istifadə olunan dayaq materialları xüsusi standartlara cavab verməli və müvafiq texniki nəzarətdən keçməlidir.

Hazırda hadisə ilə bağlı aidiyyəti qurumların məsələyə müdaxilə edib-etmədiyi məlum deyil. Məsələnin nəzarətə götürülməsi və qiymətləndirilməsi üçün müvafiq dövlət orqanlarının açıqlaması gözlənilir.Milli.Az

media-011 media-012 media-013 media-014


media-728x90banner

Bənzər xəbərlər