media-599

Bakının Biləcəri qəsəbəsində uşaq bağçasının ərazisində tülkü peyda olub.

Bu barədə şikayət BAKU.WS-in “qaynar xətti”nə göndərilib.

Bildirilib ki, söhbət 298 saylı körpələr evi-uşaq bağçasından gedir. Görüntülərdən də aydın olur ki, tülkü bağçanın damında dolaşır.

“Bu ordakı uşaqların və işçilərin həyatı üçün təhlükəlidir”, – deyə şikayətçi vurğulayıb.

Sözügedən kadrları təqdim edirik:

Sonxeber.az


media-728x90banner

Bənzər xəbərlər