Bakıda vəkilə hücum olundu: Polis araşdırma başladı
Vəkillər Kollegiyasının üzvü Elçin Əhmədov hücuma məruz qalıb.
XALQ xəbər verir ki, məlumata görə, o, Xətai Rayon Məhkəməsində peşə fəaliyyətini yerinə yetirərkən vəkil kimi çıxdığı cinayət işində qarşı tərəfi təmsil edən şəxs ona hücum edib.
Hadisə nəticəsində E.Əhmədov xəsarət alıb. E-huquq.az
Faktla bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır.
Qeyd edək ki, Vəkillər Kollegiyasının sədri Anara Bağırov bildirb ki, vəkilə qarşı qanunsuz hərəkətlərə yol vermiş şəxslərin qanun çərçivəsində məsuliyyətə cəlb olunması qaçılmazdır. Məsələni şəxsi nəzarətimdə saxlayacam.











