Bakının mərkəzində dəhşətli qəzalar-Video
Svetoforun qırmızı işığından keçməyin acı nəticəsi!
Svetoforun qırmızı işığından keçən bəzi sürücülərin 1-2 saniyə irəli düşmək istəyi özlərinin və digər hərəkət iştirakçılarının həyatına risk yaradır.
DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sektor müdiri Ömər Xıdırov XALQ.AZ -a bildirib ki, Bakıda müxtəlif vaxtlarda baş verən bu qəzalara diqqət yetirdikdə görürük ki, istər minik avtomobilinin, istərsə də motosikletin sürücüsü svetoforun qadağanedici siqanalını heçə sayır və yolu gəldiyi sürətlə də keçir.