Bakıxanov qəsəbəsində 10 gündür ağac qırılıb lakin ərazidən götürülmür-Video
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov ünvanında 16 aprel tarixində yaşanan güclü küləkdən sonra aşan ağac hələ də ərazidən götürülməyib.
XALQ.AZ xəbər verir ki?Sakinlər isə bu vəziyyətdən şikayətçidirlər. Onlar bildirirlər ki, problemlə bağlı aidiyyəti quruma müraciət etsələr də, məsələ həllini tapmır.
“Ağac hava yaxşı olanda oturduğumuz yerə düşüb. Niyə doğrayıb aparmırlar?! Kimsə əlini vursa, cərimələyəcəklər”, – deyə sakin narazılığını bildirib.
Daha ətraflı Baku TV-nin süjetində: