media-adill

Sabunçu rayonunda daha bir qanunsuz tikinti aparıldığı iddia olunur. XALQ daxil olan  məlumata görə, rayonun Əhmədbəy Ağayev küçəsində həyata keçirilən tikinti işləri zamanı 3 ağacın kəsildiyi iddia olunur.

Sözügedən obyektin sahibinin Hacı Rasim Nəbiyev olduğu iddia edilir. Bildirilir ki, Rasim Nəbiyev Bakixanov Çörək Zavodu və “Möcüzə” marketlər şəbəkəsinin sahibidir.

Hazırda məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi açıqlanmayıb. Tikintinin qanuni əsaslarla aparılıb-aparılmadığı və ağacların kəsilməsi ilə bağlı rəsmi araşdırmanın olub-olmadığı məlum deyil.

Dövlət Şəhərsalma və Arxektura Komitəsinin  və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmadan tikinti işlərinə Sabunçu rayonu  hansı məmurun icazə verdiyi müəmmalıdır.

Mövzunu diqqətdə saxlayacağıq.

Yazıda adları keçənlərin və aidiyyatı qurumların münasibətini dərc etməyə hazırıq.

Qeyd edək ki, 2012-ci ildən Sabunçu rayonu icra Hakimiyyətinin başçısı Adil Vəliyevdir

 


media-728x90banner

Bənzər xəbərlər