“Baku Electronics” pozuntular aşkarlandı
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi daxil olmuş müraciətlər əsasında “Baku Electronics” MMC-nin fəaliyyəti ilə bağlı araşdırma aparıb.
Bu barədə XALQ-a Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, araşdırmanın predmetini “YOSHIRO” adlı televizorların satışı ilə əlaqədar rəqabət qanunvericiliyinin pozulması hallarının olub-olmaması təşkil edib.
Araşdırma nəticəsində rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyi üçün rəqabət qanunvericiliyinin pozulması haqqında iş qaldırılması məsələsinə baxılması üçün rəqabət komissiyasının yaradılması barədə qərar qəbul edilib.