Balıq ovuna qadağa
Sabahdan balıq ovuna mövsümi qadağa tətbiq ediləcək.
XALQ-ın məlumatına görə, Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzindən bildirilib ki, “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, mayın 1-dən balıq ovuna mövsümi qadağa tətbiq edilir.
Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev bildirir ki, mövsümi qadağa müddətində sənaye və həvəskar balıq ovu qəti şəkildə qadağandır. Buna səbəb isə su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin olunmasıdır.
İllərdir həvəskar balıq ovu ilə məşğul olan Cəmil Əzimlinin sözlərinə görə, qadağa müddəti onlar üçün çətin olsa da, balıqların artımı baxımından vacibdir. Xüsusən bu aylarda kürülü balıqların ovlanması məqsədəuyğun hesab olunmur.
Qeyd edək ki, aprelin 1-dən daxili su hövzələrində sənaye balıq ovu qadağan edilib. Sabahdan tətbiq olunan isə ümumi mövsümi qadağadır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.










