Baş prokurordan yeni təyinat
Baş prokuror Kamran Əliyev özünə yeni köməkçi təyin edib.
XALQ.AZ məlumat verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Saleh Hacıyev Baş prokurorun köməkçisi təyin edilib.
Qeyd edək ki, qurumun Mətbuat xidməti faktı təsdiqləyib.