media-33
Azərbaycan Prokurorluğunun nümayəndə heyəti KazanForum-2026 çərçivəsində beynəlxalq hüquqi əməkdaşlıq məsələlərini müzakirə edib
Cari ilin may ayının 14-də Rusiya Federasiyası Baş Prokurorluğunun təşkilatçılığı ilə Tatarıstan Respublikasının Kazan şəhərində keçirilən “Rusiya – İslam dünyası: KazanForum 2026” XVII Beynəlxalq İqtisadi Forum çərçivəsində “Qloballaşma dövrünün sona çatdığı şəraitdə iqtisadi fəaliyyət azadlığının və texnoloji suverenliyin təmin edilməsi” mövzusunda sessiya keçirilib.
Tədbirdə Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, habelə bir sıra ölkələrin prokurorluq orqanlarının rəhbər şəxsləri və nümayəndələri iştirak ediblər.
Forumda ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
N.Rəcəbov çıxışında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl hüquq islahatları ölkədə qanunçuluğun möhkəmləndirilməsinə, iqtisadi fəaliyyət azadlığının təmininə, sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsinə, investisiya mühitinin yaxşılaşdırılmasına, şəffaflığın artırılmasına, korrupsiyaya və iqtisadi cinayətlərə qarşı mübarizənin effektivliyinin yüksəldilməsinə mühüm töhfə verib. Eyni zamanda, transmilli korrupsiya, kibercinayətkarlıq, cinayət yolu ilə əldə edilmiş aktivlərin qanunsuz dövriyyəsi və onların leqallaşdırılması kimi çağırışlara qarşı dövlətlər arasında hüquqi əməkdaşlıq mexanizmlərinin gücləndirilməsinin zəruriliyi vurğulanıb, iştirakçıların sualları ətraflı cavablandırılıb.
Tədbir iştirakçıları Azərbaycan Respublikasının kibercinayətkarlıqla mübarizə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirdiyini, o cümlədən kibertəhlükəsizlik və rəqəmsal mühitdə hüquqi təhlükəsizliyin təmin olunmasına xüsusi önəm verdiyini qeyd ediblər. Bu kontekstdə ölkəmizin BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasını ratifikasiya edən ilk ölkələrdən olması, eləcə də kibercinayətkarlığa qarşı beynəlxalq hüquqi mexanizmlərin formalaşdırılmasında fəal iştirakının əhəmiyyəti vurğulanıb.
Səfər çərçivəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndə heyəti Rusiya Federasiyası və Qazaxıstan Respublikası prokurorluq orqanlarının nümayəndələri ilə ikitərəfli görüşlər keçirib.
Görüşlər zamanı hüquqi yardım, ekstradisiya, transmilli cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə, peşəkar təcrübə mübadiləsi və institusional əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb
media-33 media-34

media-728x90banner

Bənzər xəbərlər