media-30

Sosial şəbəkələrdə “Beauty Time” adlı gözəllik salonunda lazer epilyasiyası zamanı vətəndaşın dodaq hissəsindən yanıq xəsarəti alması barədə məlumat yayılıb.

 

Bildirilib ki, Bakıda bir çox yerlərdə filialları olan məşhur gözəllik mərkəzi hadisədən sonra vətəndaşın şikayəti ilə bağlı heç bir tədbir görməyib.

 

Bundan əlavə sosial şəbəkə istifadəçiləri həmin salonla bağlı iradlarını bildirərək, bu kimi hadisələrin bir neçə dəfə təkrarlandığını da vurğulayıblar.

 

“Dodağım sulandı, qızardı, pis vəziyyətə düşdü. Şikayətimi bildirəndə, mənə cavab verilmədi. Salona gedəndə, üstümə şər də atıldı ki, guya dodaq boyasını silməli olduğum deyilib, amma qəbul etməmişəm”, – deyə zərərçəkən açıqlamasında söyləyib.

 

Baku TV əməkdaşları sözügedən salona yollanıblar. Mərkəzdən bildirilib ki, hazırda müdiriyyətdən heç kim yoxdur və sualları onlar cavablandırmalıdırlar.

 

Salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva isə suallara cavab verməməyinin səbəbini səhhətində olan problemlə əlaqələndirib.

 


media-728x90banner

Bənzər xəbərlər