Bəhruz Quliyev: “Dezinformasiyaya qarşı mübarizədə həmrəy olmalıyıq”
“Bu gün yanlış məlumatlandırma ilə bağlı məsələ aktualdır. Dezinformasiya artıq beynəlxalq problemə çevrilib. Buna qarşı mübarizə aparmaq hər kəsin borcudur”.
XALQ.AZ xəbər verir ki, bunu SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC-ın təşkilatçılığı ilə keçirilən “Yanlış məlumatlandırma siyasəti-müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiyasının müzakirələri zamanı çıxışında deyib.
Dezinformasiyanın ümumbəşəri problemlərə səbəb olduğunu deyən B.Quliyev söyləyib ki, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev çıxışında qeyd etdiyi kimi, aprel hadisələrində sözün əsil mənasında erməni lobbisinin informasiya müharibəsinin şahidi olduq: “Hesab edirəm ki, Azərbaycan bütün dünya buna qarşı mübarizədə birləşməlidir. Bəşəri problemlərin həllində həmrəylik nümayiş etdirməliyik. Beynəlxalq mətbuatı, cəmiyyətimizi həmrəyliyə dəvət edirəm”.
Orxan










