Bələdiyyə sədri cinsi təcavüzə görə həbs edildi
Zonguldakın Gülüç qəsəbə bələdiyyə sədri Gökhan Mustafa Demirtaş bələdiyyə işçisi Duygu K.-ya “cinsi təcavüz” ittihamı ilə 3 il 1 ay 15 gün həbs cəzası alıb.
XALQ.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Zonquldakın Ereğli mahalının Gülüç qəsəbəsində bələdiyyə işçisi Duyğu K. bələdiyyə sədri Gökhan Mustafa Dəmirtaşın ona təcavüz etdiyini iddia edərək şikayət edib.
Martın 31-də keçirilən yerli seçkilərdə yenidən bələdiyyə sədri seçilən Dəmirtaş Ereğli 5-ci Cəza Məhkəməsində həbs olunmadan mühakimə olunduğu işin 5-ci iclasında hakim qarşısına çıxıb.
Məhkəmədə şübhəli Dəmirtaş, Ailə və Sosial Xidmətlər İl Müdirliyinin vəkili Duyğu K. və tərəflərin vəkilləri iştirak edib.