Bərdədə idman zalında mənşəyi bilinməyən idman qidaları aşkarlandı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bərdə rayonunun Güloğlular kəndindəki “SkyFit” idman zalında yoxlama keçirilb.
KONKRET.az xəbər verir ki, baxış zamanı idxal sağlamlıq aktı və müşayiətedici sənədləri olmayan bioloji aktiv qida məhsulları aşkarlanaraq satışdan kənarlaşdırılıb və məhdudlaşdırcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
Sahibkar Məhər Atakişiyev barəsində inzibati protokol tərtib olunub və icrası məcburi göstərişlər verilib.
Məhsullardan nümunələr götürülərək müayinələrə cəlb edilib.











