media-2
2025-ci ilin oktyabrın 15-də Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyası çərçivəsində ölkəmizdə səfərdə olan nümayəndə heyəti Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.
Qonaqları salamlayan Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov məhkəmənin fəaliyyəti barədə ətraflı məlumat verib, hüquqi dövlət quruculuğu sahəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
Görüşdə Azərbaycanda müasir və müstəqil məhkəmə sisteminin inkişafının, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Sonra qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olub, məhkəmə iclas zallarını, Plenum zalını, məhkəmənin kitabxanasını və Məhkəmə tarixi muzeyini ziyarət ediblər. Nümayəndə heyəti Azərbaycanda məhkəmə sistemində son illərdə aparılan islahatları yüksək qiymətləndirib.
Sonda qonaqlar xoş təəssüratlarını bölüşüb və xatirə fotosu çəkdiriblər.
media-2 media-4 media-3

media-728x90banner

Bənzər xəbərlər