media-900
Bir neçə gündür media və sosial şəbəkələrdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında fəaliyyət göstərən Hava Nəqliyyatında Baş Gömrük İdarəsi ilə bağlı şikayət xarakterli məlumatlar dərc edilir. Yazılanlar tamamilə həqiqəti əks etdirdiyi üçün mən də bu qurumla bağlı bir acı xatirəmi bölüşmək istəyirəm.
Bir neçə il öncə Bakıdan 45 dəqiqə uzaqlıqda yerləşən Qazaxıstanın Aktau şəhərindən Vətənə dönürdük. Bu şəhəri tanıyanlar təsdiq edər ki, oradan yalnız bir qutu şokalad, maksimum bir şüşə konyak gətirmək mümkündür.
Əlimizdə 8 kq-lıq yük bagajı var idi. Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının xoş salamlamasından sonra aeroportu tərk etmək istəyirdik ki, gömrük nəzarət məntəqəsində mülki geyimli bir şəxs aqressiv görkəmlə qarşımızı kəsdi. O yükləri yoxlamaya təqdim etməli olduğumu dedi.
Mən qeyd etdim ki, heç bir problem yoxdur. Ancaq bildirdim ki, hansı məntiq və seçmə üsulu ilə məhz bizi yoxlamaya cəlb edirsiniz. Çünki bizimlə bərabər həmin saatda İstanbul, Dubay və digər böyük şəhərlərdən reyslər aeroporta eniş etmişdi. Bu reyslərin sərnişinləri 23 kq-lıq bir neçə baqajla hərəkət edirdilər. Ancaq gömruk xidməti əməkdaşları onları demək olar ki, yoxlamaya cəlb etmirdi.
Mən həmin gömrük əmakdaşına İstanbul, Dubay kimi şəhərlərdən gələn və əllərində böyük baqajları olan sərnişinlərin gömrük yoxlamasına cəlb olunmasının daha məntiqli olduğunu bildirdim. Xatırlatdım ki, statistika göstərir ki, məhz bu ölkələrdən bahalı telefonlar, elektronika malları, dərmanlar və digər əşyaların ölkəyə qanunsuz keçirilməsinə cəhdlər olur.
Ancaq gömrük əməkdaşı buna məhəl qoymadı, xüsusi prinsipiallıqla qeyd etdki, mənim kefim məhz sizi yoxlamaq istəyir. Əməkdaş daha da aqressivləşdi və bütün həmkarlarını sanki cinayətkar yaxalamış kimi “köməyə” çağırdı. Mənim baqajımda aparılan yoxlama heç bir nəticə vermədi və heç bir qanunsuz mal aşkarlanmadı.
Tez-tez səyahət edən və xarici qonaq qarşılayan bir şəxs kimi həm özüm, həm də qonaqlar gömrük xidməti əməkdaşlarının belə qeyri-qanuni, qeyri-etik rəftarı ilə tez-tez rastlaşırıq.
Ümid edirəm ki, ölkəmizin giriş qapısında yerləşən bu qurumla bağlı müvafiq qanunauyğun tədbirlər görüləcək.
 Fərid Şahbazlı 

media-728x90banner

Bənzər xəbərlər