Bu deputatlara MM-də yeni vəzifələr veriləcək – SİYAHI
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərliyinə gətiriləcək bəzi deputatların adları müəyyənləşib.
XALQ.AZ-ın məlumatına görə, Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupuna Nizami Səfərovun, Azərbaycan-Amerika parlamentlərarası işçi qrupuna Səməd Seyidovun, Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupuna Arzu Nağıyevin rəhbər seçiləcəyi gözlənilir
İtaliya üzrə işçi qrupa Azər Kərimli, Fransa üzrə işçi qrupa Soltan Məmmədov, Türkiyə üzrə işçi qrupa Əhliman Əmiraslanov, Ukrayna üzrə işçi qrupa Rüfət Quliyev rəhbər gətiriləcək.
Azərbaycan-Almaniya parlamentlərarası işçi qrupunun rəhbəri postuna isə Etibar Əliyev gətirilir.
Qeyd edək ki, müvafiq məsələ Milli Məclisin aprelin 24-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.










