“Prezident İlham Əliyevin kadr siyasəti dövlətə sədaqət, xalqa bağlılıq, milli mənafelərin hər şeydən üstün tutulması kimi sadə prinsiplər üzərində qurulub. Ölkə Prezidenti öz nümunəsində əslində hər bir məmurun istinad edəcəyi bir təcrübə də yaradıb. Cənab İlham Əliyev açıq mətnlə ifadə edirsə ki, özü bu xalqın birinci xidmətçisidir, gərgin iş yükünə baxmayaraq dövlət başısı özü xalqa kifayət qədər açıq insandırsa demək ki, məmur üçün də göstərici bu olmalıdır”. Bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəy hadisələri fonunda verdiyi açıqlama ilə dövlət başçısı göstərdi ki, milli mənafelər, xalqın və dövlətin maraqları onun üçün istisnasız prioritetdir: “Tələb çox sadədir, dövlət strukturları vətəndaşla kommunikasiyasını doğru qurmağı bacarmalıdır. Sirr deyil ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva vətəndaşla bu kommunikasiyanı qura bilib. Lakin proseslər göstərir ki, bəzi strukturlarda bu sistem hələ də yetərli səviyyədə qurulmayıb və proseslərə cənab İlham Əliyev şəxsən özü müdaxilə etməli olur”.

Deputat sözlərinə davam edərək bildirib ki, digər tərəfdən yeni çağırışlara ən adekvat və ilk və effektiv reaksiya verən dünya liderlərindən biri məhz cənab İlham Əliyevdir, məhz onun vizyonu sayəsində Qoşulmama Hərəkatı Pandemiya və postpandemiya situasiyasında lokomotivə çevrildi: “Bu mənada müasir tələblər fonunda kadr və struktur islahatlarının əsas məqsədi kimi yeni çağırışlara çevik rekasiya verə bilən, eyni zamanda adekvat kommunikasiya mühiti qura bilən kadrlar önə çəkilir.

Əlbəttə, son dövlətçilik tariximizin müstəsna siması, son 300 ilin isə yeganə Müzəffər Lideri olan cənab İlham Əliyevin etimadı hər bir məmur üçün şərəf olmaqla yanaşı, çox da böyük məsuliyyətdir. Bu məsuliyyəti daşımağı bacarmaq əslində dövlətçilik məfkurəsinə sadiq qalmaqla, xalqa, dövlətə ən böyük xidmət deməkdir”.

 


media-728x90banner

Bənzər xəbərlər