media-alic

Binəqədi rayonu ərazisində qanunsuz tikintilərlə bağlı mediada və sosial platformada  dəfələrlə vətəndaş şikayətləri yayımlanıb.

XALQ -ın xəbərinə yenidən Binəqədi rayon Biləcəri qəsəbəsində qanunsuz tikinti aparıldığı  iddia  olunur.

Biləcəri qəsəbəsində fəaliyyət göstərən  Rəşid İsmaylov 70 ünvanında yerləşən “Aliço”  ailəvi restoranında qanunsuz tikinti aparıldığı bildirilir.  Təmir adı altında artırma aparılması  bir çox suallar ortaya çıxarır.

Belə bir məlumat sosial platformada yayılıb. Bildirilir ki,  “Aliço” ailəvi restoranında otaqlar sökülüb və genişləndirilir.

Aparılan tikinti ilə bağlı “Aliço” restoranı ilə əlaqə yaratdıq. Restorandan  İlham Babayev əməkdaşımıza bildirib ki,  bir neçə gün öncə  yağan güclü yağışlarda restoranın ərazisində olan otaqları dam örtüyü zədələnib və aparılan iş dam örtüyünün dəyişilməsi ilə bağlıdır.

Lakin müşahidələrimiz onu deməyə əsas verir ki, yağış tək dam örtüyünün dəyəşdirilməsinə səbəb göstrilsədə ərazidə olan otaqlar divarlarıda sökülərək genişləndirilməsi üçün daşlar və digər tikinti materialları gətirilib.

Yağan yağış restoranın ərazisində yerləşən bütün otaqlarının dam örtüyünü sıradan çıxarıb?   Bu suala isə cavablandırılmadı.  Belə hallar ilk deyil bu sxem üzrə qanunsuz tikinti və artırma işləri aparılması mütəmadi müşahidə olunur. Tətil günləri və yaxud hər hansı bir  hadisədən sui-istifadə edən qanunsuz  tikinti aparılması üçün məmurlarda hansısa şərtlər göz yumurlar.

Qeyd edək ki,  “Aliço” ailəvi  restoranında  dam örtüyünün dəyişilməsi adı altında obyektin həyətində ciddi şəkildə tikinti aparılır və bunu aidiyyatı qurumlardan gizlədir.

media-binn

Məsələ ilə bağlı Binəqədi rayon icra hakimiyyətində münasibət öyrənmək mümkün olmadı.

Aidiyyatı qurumlarında fikirlərini dərc etməyə hazırıq.


media-728x90banner

Bənzər xəbərlər