Biləcəridə bayramı fürsət bilib yol kənarını zəbt etdilər Videofakt
Binəqədi rayonu, Biləcəri qəsəbəsində qanunsuz aparılan tikinti işi narazılığa səbəb olub
XALQ-a bu barədə məlumat verən sakinlər bildirib ki, yol kənarını, səkini zəbt edən tikinti bir müddətdir başlayıb.
Ərazi hasarlanıb və içəridə nə iş görüldüyü məlum deyil. Sakinlər bildirib ki, aparılan işlərlə bağlı heç bir məlumat lövhəsi vurulmayıb.
Sakinlərin iddiasına görə, yol kənarı zəbt edilib və obyekt inşa edilir. Sakinlərin sözlərinə görə, bayram tətili günlərində ərazidə işlər gecə-gündüz dayandırılmadan aparılıb.
Sakinlər narahatlıq yaradan işlərlə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etməyə çalışsa da, qeyri-iş günü olduğu üçün müraciət və zənglərə baxan olmayıb.
Sakinlər yolun kənarını zəbt edən, piyadaların hərəkətini çətinləşdirən tikilinin qarşısının alınmasını tələb edir.
Qarşı tərəfi dinləməyə hazırıq.Tribuna.az











