Biləcəridə bu qanunsuz obyektin inşasına hansı məmur icazə verib?-Video
Xəbər verdiyimiz kimi Binəqədi rayonu Biləcəri qəsəbəsi Qabil Süleymanov 40 ünvanında qanunsuz obyekt inşa edilir.
XALQ AzFakt.com-a istinadən xəbər verir ki, Biləcəri qəsəbəsi Qabil Süleymanov küçəsində aparılan qanunsuz tikinti artıq ikinci mərtəbəsi inşa olunur
Məlumat üçün bildirir ki, tikinti barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında hər hansı bir məlumat yoxdur.
Tikintiyə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri Elmin Zamanovla, vəzifəsini, adını dəqiqləşdirə bilmədiyimiz digər bir yetkilinin nəzarət etdiyi bildirilir.

Qanunsuz tikilən obyekt Bakı şəhər İcra Hakimiyyətində işləyən yüksək vəzifəli şəxsə aid olduğu iddia edilir.
Məsələ ilə bağlı Binəqədi İcr ahkimiyyətindən heç bir açıqlama almaq mümkün olmadı.
Aidiyyatı qurumların və adları keçən şəxlərində fikirlərini dərc etməyə hazırırq.
Həmin görüntüləri təqdim edirik:












