Biləcəridə yaşayış evin bünövrəsi çöküb-Video
Bakı şəhəri, Biləcəri qəsəbəsində fərdi yaşayış evinin bünövrəsi çöküb.
XALQ xəbər verir ki, hadisə Tomris məhəlləsində qeydə alınıb. Vətəndaşların iddialarına görə, mənzil magistral kanalizasiya kollektorunun üzərində tikilib.
Onların sözlərinə görə, kollektorda deformasiya səbəbindən çirkab su torpaq qatına axıb. Bu da ərazinin çökməsi ilə nəticələnib.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.










