Bilgəhdə “Happy Days” restoranında müştəriləri belə aldadırlar-Fotofakt
Redaksiyamıza daxil olan məlumata görə, vətəndaş Bilgəhdə yerləşən “Happy Days” restoranında müştəri hüquqlarının pozulduğunu iddia edir. Onun sözlərinə görə, dostları ilə birlikdə restoranda sifariş verdikləri zaman gözlənilməz vəziyyətlə qarşılaşıblar.
Şikayətçi qeyd edir ki, onlar menyudan 1 ədəd, 4 AZN dəyərində “Natura” şirəsi sifariş ediblər. Lakin hesab təqdim olunduqda, şirə üçün 4 ədəd vurulduğu aşkar edilib. Məsələ ofisiantla müzakirə edilən zaman isə, ona “stəkan başına 4 AZN hesablandığı” bildirilib.
Müştərinin iddiasına görə, sifariş zamanı bu barədə heç bir məlumat verilməyib və menyuda da bu barədə xüsusi qeydə rast gəlinməyib.
Ümid edirik müvafiq orqanlar məsələ ilə bağlı tədbir görəcəklər.Patrul.az