media-binn

Binəqədi rayonunda qanunsuz tikinti ilə bağlı XALQ-a  məlumatlar daxil olub.

Belə ki,  Binəqədi rayonu  Səttar Bəhlulzadə küç. 207 ünvanında  qanunsuz tikinti işləri aparılır

 XALQ məlumat verir ki, bu tikinti ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında hər hansı bir məlumata rast gəlmədik.

Bu isə o deməkdir ki, inşa edilən obyektin tikintisi üçün Dövlət Şəhərsalma və Arxektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmayıb.

Ümumiyyətlə Binəqədi rayonun ərazisində qanunsuz obyektlərin və qanunsuz evlərin  tikintisinə necə razılıq verildiyi məlum deyil.

İddialar görə, qanunsuz tikintiyə nəzarət edən İcra hakimiyyətinin başçısını müavini Hacıbaba Babayevdir.

media-hh

 

Qeyd edək ki, 2018-ci ildən Binəqədi rayon İcra hakimiyyətinin başçısı Elxan Allahverdiyevdir

media-elxan

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinindən və Binəqədi  İcra hakimiyyətindən heç bir açıqlama almaq mümkün olmadı.

Araşdırmalarımız davam edir.  Qurumların mövqeyini dərc etməyə  hazırıq.

Həmin görüntüləri oxuculara təqdim edirik:

 


media-728x90banner

Bənzər xəbərlər