Bir gündə 79 cinayət: 9 ölü, 24 yaralı
Dünən Azərbaycanda gün ərzində 79 cinayət faktı qeydə alınıb.
Xalq.az DİN-in rəsmi saytına istinadən məlumat verir ki, qeydə alınan cinayətlərin 29-u “isti izlər”lə açılıb. Bununla yanaşı, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 18 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib. Daxili İşlər Nazirliyinin yayımladığı məlumatda avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verdiyi bildirilib. Bunun nəticəsində isə 9 nəfər ölüb, 24 nəfər yaralanıb.