Bir müddət öncə “Ana övladının həbsiylə bağlı prezidentə müraciət etdi” başlıqlı yazımızda Şirinova Nəzakət İbrahim qızl oğlunun həbsi ilə bağlı dövlət başçısına müraciətini dərc etmişdik. Bu işlə bağlı apardığımız araşdırmalar zamanı yeni təfərrüatlar əldə etmişik. Belə ki, 2023-cü ildə  həbs edilən Hidayətov Zöhrab Raqub oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.3.2 və 206.3.2-ci maddələri ilə, Şirinov Elvin Valeh oğlu və Hümbətov Qaçqın Şura oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 192.3.2 və 206.3.2-ci maddələri və  təqsirləndirilmələrinə dair  cinayət işinə hakim Fəhmin Hümbətovun sədrliyi ilə Sumqayıq Ağır Cinayətlər Məhkəməsində baxılır. Məlumat üçün bildirək ki, Hidayətov Zöhrab Raqub oğlu 27 dekabr 1977-ci il tarixdə Bərdə şəhərində doğulmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır, əvvəllər məhkum olunmamışdır, ali təhsillidir. Bərdə şəhəri, Nüşabə küçəsi, ev 36-da qeydiyyatda olmaqla daimi olaraq Abşeron rayonu, Xırdalan qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Hidayətov Zöhrab Raqub oğlu 25 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 192.2.2 və 206.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət törədilməsində şübhəli şəxs qisminsdə tutulmuş, 27 dekabr 2023-cü il tarixdə onun əməlləri Azərbaycan Respublikası CM-nin 192.3.2 və 206.3.2-ci maddələri ilə tövsif edilərək həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan edilmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. İlk növbədə qeyd edilməlidir ki, Hidayətov Zöhrab Raqub oğlu ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilmir. Belə ki, onun əməlində təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 192.3.2 və 206.3.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər mövcud deyil.

 Qanunsuz sahibkarlıq yoxsa?

Azərbaycan Respublikası CM-nin 192-ci maddəsindən görünür ki, qanunsuz sahibkarlıq dedikdə – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti başa düşülür. Z.Hidayətov vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Elvin Şirinovun yanında tədarükçü vəzifəsində çalışmışdır. Göründüyü kimi, onların fəaliyyəti dövlət qeydiyyatına (vergi uçotuna) alınmış, kənd təsərrüfatı məhsullarının ixracı xüsusi razılıq (lisenziya) tələb olunan, eyni zamanda mülki dövriyyəsi məhdudlaşdırılmış fəaliyyət kateqoriyasına aid deyil.

Qaçaqmalçılıq ittihamının gerçək üzü

Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinə əsasən Qaçaqmalçılıq dedikdə – Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və digər əşyaların  keçirilməsi başa düşülür.  Qeyd edilməlidir ki, ixrac olunan kənd təsərrüfatı məhsulları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli deyil, gömrük sərhədindən gömrük nəzarəti altında keçirilmiş, mallar keçirilərkən gömrük sərhədinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən qanuni əsaslarla verilmiş sənədlər təqdim edilmiş, aldatma yolu ilə heç-bir gömrük eyniləşdirilməsi həyata keçirilməmiş, səhhəddən bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş hər hansı məhsul keçirilməmişdir. Göründüyü kimi, Z.Hidayətovun əməlində təqsirləndirildiyi CM-nin 192 və 206-cı maddələrin dispozisiyasında nəzərdə tutulmuş cinayətlər mövcud deyil.

İstintaqın yanlışlığı

İstintaq orqanı tərəfindən iş üzrə hərtərəfli və obyektiv araşdırma aparılmamış və Hidayətov Zöhrab Raqub oğlunun qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması, eləcə də qaçaqmalçılıq əməlləri törətməsi istintaqla sübuta yetirilməmişdir. Belə ki, əmək müqaviləsi bildirişlərindən görünür ki, Hidayətov Zöhrab Raqub oğlu digər 4 nəfərlə birlikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmış fiziki şəxs olan işəgötürən Şirinov Elvin Valeh oğlunun “menecer” vəzifəsi üzrə işçisidir və aylıq əmək haqqı 345 manat təşkil edir. Belə olan halda istintaq orqanı tərəfindən əməlin qanunsuz sahibkarlıq kimi tövsif edilməsi tamamilə qanunsuzdur. Belə ki, əmək müqaviləsi əsasında çalışan işçinin öz üzərinə düşən vəzifəsini layiqincə yerinə yetirməsinin iş icraçısı kimi qiymətləndirilməsi tamamilə absurd və ağlasığmazdır.

İttiham aktında 2022-ci ildə Şirinov Elvin Valeh oğlu və Hümbətov Qaçqın Şura oğlunun vergi orqanlarında fərdi sahibkar kimi qeydiyyata alınmasını Hidayətov Zöhrab Raqub oğlunun təmin etdiyi göstərilsə də, həqiqətdə Şirinov Elvin Valeh oğlu 2006-cı ildən, Hümbətov Qaçqın Şura oğlu isə 2021-ci ildən vergi orqanında qeydiyyata alınaraq (VÖEN) əldə etmişlər. Göründüyü kimi, işəgötürən Şirinov Elvin Valeh oğlu işçi Hidayətov Zöhrab Raqub oğlu ilə əmək müqaviləsi bağlayanadək fərdi sahibkar kimi dövlət qeydiyyatına alınaraq fəliyyət göstərmiş, işçilər Hidayətov Zöhrab Raqub oğlu, Caniyev Şahrur Məmmədəli oğlu, Hidayətov Təyyar Hidayət oğlu, Hümbətov Ceyhun Şəmsəddin oğlu və Hümbətov Şahin Şəmsəddin oğlu ilə əmək müqaviləlləri bağlayaraq onları işə qəbul etdikdən sonra da, qanuni fəliyyətini davam etdirmişdir. Əmək müqaviləsi ilə işləyən işçinin öz vəzifəsini icra etməsi qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma, vergi orqanında qeydiyyata alınaraq (VÖEN) əldə etmiş işəgötürənin isə əmək müqaviləsi əsasında işləyən işçisi ilə birlikdə çalışması köməkçilik əməli kimi tövsif oluna bilməz.

media-97 media-98 media-96 media-95 media-99


media-728x90banner

Bənzər xəbərlər