“Serbiyanı əhatə edən ölkələr Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təyyarəsi üçün hava məkanını bağlayıb”.

Xalq.az  “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova deyib.

“Rusiya nümayəndə heyəti Belqradda danışıqlar aparmalı idi. Lakin Aİ və NATO-ya üzv ölkələr öz hava məkanını bağladı. Bu, kommunikasiya kanallarının növbəti dəfə bağlanmasıdır”, – deyə Zaxarova söyləyib.

Qeyd edək ki, daha əvvəl Serbiyanın “Večernje novosti” qəzetinin yaydığı məlumata görə, Bolqarıstan, Şimali Makedoniya və Monteneqro Serbiyaya yollanan Lavrovun təyyarəsinə hava dəhlizi yaratmaqdan imtina edib.


media-728x90banner

Bənzər xəbərlər