Birinci vitse-prezident Türkiyəyə təşəkkür etdi
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Türkiyəyə təşəkkür etdi .XALQ.AZ xəbər verir ki, Ankaranın rəmzi hesab olunan “Ataküle” teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyeva rəsmi facebook səhifəsində belə qeyd edib:
Qardaş Türkiyəyə dərin minnətdarlığımı bildirirəm! Ölkələrimiz daim bir-birinin yanındadır – həm sevincli günlərdə, həm çətin sınaq günlərində. Bizim birliyimiz, bizim gücümüz bundadır! Xalqlarımıza möhkəm cansağlığı, ölkələrimizə sülh və əmin-amanlıq arzulayıram! Qoy Uca Tanrı dünyamızı qorusun!

XALQ.AZ










