Birinci vitse-prezidenti Mehriban Əliyevadan Soyqırım Günü ilə bağlı paylaşım
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib.
XALQ xəbər verir ki, paylaşımda deyilir:
“Soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.










