Birlik, anlayış, bağışlama və yenilənmə…..
Bu il təqvim bizə çox nadir və dərin mənəvi məna daşıyan bir gün bəxş edib. Baharın, yenilənmənin və həyatın oyanışının rəmzi olan Novruz bayramı ilə mərhəmətin, paylaşmanın və mənəvi saflaşmanın zirvəsi sayılan Ramazan bayramı eyni günə təsadüf edir.
Bu sadəcə iki bayramın üst-üstə düşməsi deyil. Bu, bəlkə də insanlığa ünvanlanan bir mesajdır. Birlik, anlayış, bağışlama və yenilənmə mesajı.
Novruz bizə xatırladır ki, hər qışdan sonra bir bahar gəlir və təbiət kimi insan da yenilənə bilər. Ramazan isə bizə öyrədir ki, qəlbimizi saflaşdırmaqla, paylaşmaqla və mərhəmətli olmaqla daha kamil bir insan olmaq mümkündür.
Bu iki müqəddəs dəyərin eyni gündə qovuşması bizə bir daha göstərir ki, dünyanın ən böyük ehtiyacı güc deyil, mərhəmətdir; üstünlük deyil, ədalətdir; ayrılıq deyil, birlikdir.
Bu əziz gündə arzu edirəm ki, ölkəmizdə sülh və rifah daha da möhkəmlənsin, regionumuzda qarşılıqlı etimad və əməkdaşlıq güclənsin, dünyada isə qarşıdurmaların yerini dialoq, nifrətin yerini sevgi tutsun.
Qoy hər bir evə sevinc, ruzi-bərəkət və sağlamlıq dolsun. Qoy bu iki bayramın nuru qəlblərimizi bir az daha yumşaltsın, bir az daha bir-birimizə yaxınlaşdırsın.
Novruz bayramınız və Ramazan bayramınız mübarək olsun!
Rəşad Mahmudov
Millət vəkili










