“Biz bunu bir raket belə atmadan etdik”
ABŞ-nin keçmiş prezidenti Barak Obama İranla əldə olunan nüvə sazişi barədə danışıb.
Obama həmin razılaşma nəticəsində İranın zənginləşdirilmiş uran ehtiyatının 97 faizinin ölkədən çıxarıldığını və bunun üçün hərbi əməliyyata ehtiyac qalmadığını bildirib.
Biz bunu bir raket belə atmadan etdik. Onların zənginləşdirilmiş uranının 97 faizini çıxardıq. Bunun işlədiyinə heç bir şübhə yoxdur və bunun üçün nə çoxlu insan öldürməyə, nə də Hörmüz boğazını bağlamağa ehtiyac qaldı, – deyə Obama vurğulayıb.
Keçmiş prezident həmçinin qeyd edib ki, Donald Tramp İran nüvə sazişindən onun uğursuz olduğuna görə deyil, məhz Obama tərəfindən imzalandığı üçün çıxıb.
Obama əlavə edib ki, görünür, bu artıq bir tendensiyaya çevrilib.










