Bu gün biz buraya yalnız Konstitusiyanın bizə verdiyi səlahiyyətlə toplaşmamışıq.

Bu gün biz tarixi bir anın şahidiyik – dünyanın xəstəlik dərəcəsinə çatmış siyasi qarşıdurmalar fonunda, Azərbaycan öz sağlam mövqeyi, qətiyyətli iradəsi və müdrik liderliyi ilə yeni bir yol açır.

XALQ-ın məlumatına görə, bunu Milli Məclisin “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda keçirilən xüsusi iclası zamanı Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

 Millət vəkili çıxışında qeyd edib ki, necə ki, xəstə orqanizm vaxtında düzgün müalicəyə ehtiyac duyur, eləcə də beynəlxalq münasibətlər sistemi də vaxtında doğru qərarlarla sağaldıla bilər. Məhz buna görə də bu gün toplaşdığımız növbədənkənar sessiya, təkcə parlament gündəliyi deyil, həm də xəstələnmiş münasibətlərə vaxtında tətbiq olunan siyasi müalicədir.
Azərbaycan uzun illər ərzində beynəlxalq hüquqa əsaslanan, ədalətə söykənən mövqedən çıxış edib. Biz hər zaman bölgədə dayanıqlı sülhün, əməkdaşlığın və qarşılıqlı hörmətin tərəfdarı olmuşuq. Amma eyni zamanda, xalqımız heç vaxt öz milli maraqlarından və suveren hüquqlarından geri çəkilməyib. Vaşinqton razılaşmaları bu prinsipial mövqeyin nəticəsidir. Bu sənəd göstərdi ki, əgər dövlət qətiyyətli və prinsipial siyasət yürüdürsə, diplomatiya milli maraqlara əsaslanırsa, haqq səsi gec-tez beynəlxalq müstəvidə eşidilir.
Deputat qeyd edib ki, son illərin bütün nailiyyətlərinin əsasında Prezident İlham Əliyevin uzaqgörən, prinsipial və müdrik liderliyi dayanır. O, təkcə hərbi meydanda deyil, diplomatik masada da Azərbaycanın qələbəsini təmin etdi. Bu gün Vaşinqton razılaşmaları həm də dövlət başçımızın qətiyyətli iradəsinin, onun sülh diplomatiyasına sadiqliyinin təntənəsidir. Əslində, dövlət başçısının yeritdiyi siyasətin və tarixi xidmətin uğurlu nəticəsi rəhbərin intellekti, enerjisi, iradəsi, idarəetmə bacarığının səviyyəsindən asılıdır. Harada ki, bu səviyyə var – uğur var, qələbə var, təhlükəsiz və rahat həyat var, güclü, müasir dövlət və ordu var, qüdrətli ölkə var. Bunları görməmək, deməmək, bunlara görə şükranlıq etməmək ən azından nankorluq olardı və bu gün bir millət vəkili kimi bütün seçicilərim adından özümə borc bilirəm ki, minnətdarlıq duyğulu sözlərimə şükranlıq qatım. Sizə çox böyük təşəkkür edirik, cənab Ali Baş Komandan!
“Vaşinqton razılaşmalar” Cənubi Qafqazda yeni bir siyasi reallıq formalaşdırır. Bu reallıq artıq gərginlikdən deyil, əməkdaşlıqdan bəhs edir. Bölgədə uzunmüddətli sabitlik, iqtisadi inteqrasiya və qarşılıqlı etimad üçün yeni pəncərə açılır. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan nəqliyyat dəhlizləri, enerji layihələri, ticarət və mədəni əməkdaşlıq imkanları artıq daha geniş miqyasda aktuallaşır. Bu, təkcə ölkəmiz üçün deyil, bütün region xalqları üçün sabit rifah deməkdir.
Rəşad Mahmudov çıxışı zamanı qeyd edib ki, bu gün biz sadəcə razılaşmaları müzakirə etmirik. Biz, əslində, gələcək nəsillərin təhlükəsizliyinə, ölkəmizin sabit inkişafına və regionun rifahına zəmin yaradan bir yol xəritəsini təsdiq edirik. Bu kontekstdə parlamentin üzərinə düşən məsuliyyət çox böyükdür. Biz qanunvericilik təşəbbüslərimizlə, qəbul edəcəyimiz qərarlarla bu razılaşmaların reallığa çevrilməsi üçün siyasi-hüquqi zəmin yaratmalıyıq.
Azərbaycan bu gün dünyaya bir daha nümayiş etdirdi ki, güc yalnız silahla deyil, diplomatiya ilə də qazanılır. Vaşinqton razılaşmaları bizim üçün təkcə bir siyasi sənəd deyil – bu, xalqımızın birliyi, dövlətimizin qətiyyəti və liderliyimizin müdrikliyinin nəticəsidir. Biz birlikdə bu tarixi hadisəni gələcək nəsillərə miras qoyuruq. İnanıram ki, həmrəyliyimiz sayəsində Azərbaycan daha da güclənəcək, regionumuz sülhün, əməkdaşlığın və inkişafın mərkəzinə çevriləcəkdirdeyə millət vəkili qey edib.

media-728x90banner

Bənzər xəbərlər