media-bolll

Bolqarıstan Baş naziri Rosen Jelyazkov istefa verib.

 XALQ   xarici KİV-ə istinadən xəbər verir ki, o, kütləvi etiraz aksiyaları fonunda istefasını elan edib.

Qeyd edək ki, bir müddətdir Bolqarıstanda küçələrdə on minlərlə etirazçı hökuməti genişmiqyaslı korrupsiyada ittiham edərək istefaya çağırır.

Onların sayının təkcə paytaxtda 150 minə qədər olduğu bildirilir.

Ümumilikdə ölkənin 25 şəhərində etiraz aksiyaları keçirilir.


media-728x90banner

Bənzər xəbərlər