media-sef

Hüseyn Cəlal oğlu Hüseynov Azərbaycanın Bolqarıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

XALQ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, H. Hüseynov 2021-ci ildən ölkəmizin Bolqarıstanda səfiri vəzifəsini tuturdu.

Hüseyn Hüseynov 1977-ci ildə Bakıda anadan olub.

1998-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu “beynəlxalq münasibətlər” ixtisası üzrə, 2000-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi idarəetmə” fakültəsinin magistratura şöbəsini fərqlənmə diplomu ilə bitirib.

H. Hüseynov 2021-ci ilin aprelində Bolqarıstana səfir göndərilmişdi. Bundan öncə isə o, XİN-in Strateji Araşdırmalar İdarəsinin rəhbəri vəzifəsində çalışıb.

media-911

Diplomat Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın həyat yoldaşıdır. Cütlüyün iki övladı var.

Qeyd edək ki, L. Abdullayeva 2022-ci ildən Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiridir.


media-728x90banner

Bənzər xəbərlər