media-brr

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən birinin – “Bravo” supermarketlərinin sahibi olduğu “Azərbaycan Supermarket” MMC (VÖEN – 1403051411) barəsində İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən protokol tərtib edib. XALQ  Xidmətə istinadən xəbər verir ki, “Azərbaycan Supermarket” MMC “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozub.

Belə ki, “Azərbaycan Supermarket” MMC qida məhsulunu üzərində göstərilən qiymətdən baha satıb.

Məlumat üçün bildirək ki, “Azərbaycan Supermarket” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb.


media-728x90banner

Bənzər xəbərlər