“Bravo” supermarketlər şəbəkəsindən alınan südün son istifadə tarixi 40 gün keçib

XALQ-a daxil olan məlumatda bildirilir ki, “Bravo” supermarketlər şəbəkəsindən onlayn alınan süd məhsulu müştəriyə son istifadə tarixi 40 gün əvvəl keçmiş halda göndərilib.

Müştəri qeyd edir ki, məhsulu qəbul etdikdən sonra paketin üzərindəki tarixi yoxladıqda bu uyğunsuzluğu aşkar edib və bizə müraciət edib.

Qida təhlükəsizliyi üzrə ekspertlər vurğulayırlar ki, son istifadə tarixi keçmiş qida məhsullarının istehlakı sağlamlıq üçün ciddi risklər yarada bilər. Onlayn və pərakəndə satış şəbəkələri müştəri şikayətlərinə vaxtında reaksiya verməli və məhsulların keyfiyyətinə ciddi nəzarət etməlidirlər.

Məsələ ilə bağlı “Bravo” supermarketlər şəbəkəsindən rəsmi açıqlama gözlənilir. İstehlakçılar məhsul alarkən paketin üzərindəki son istifadə tarixini diqqətlə yoxlamalı və hər hansı uyğunsuzluq hallarında dərhal geri qaytarma tələb etməlidirlər.Patrulaz.az

media-54


media-728x90banner

Bənzər xəbərlər