“Bravo”da yağış altında qalmış ərzaqlar müştərilərə satılır?
Bakıda müşahidə olunan dolu və külək zamanı “Bravo” supermarketin dam örtüyü uçmuşdu.
XALQ xəbər verir ki, sosial şəbəkələrdə hadisədən sonra marketin içindəki vəziyyət də paylaşılıb. Güclü yağış zamanı market su ilə dolub. Dam örtüyü tamam dağıldığı üçün yağış marketdəki ərzaqların üzərinə yağıb.
Qeyd edək ki, marketin dağılmış dam örtüyü park halında olan 4 avtomobilin üzərinə düşüb.

Sosial paltformada yayılan iddialara görə yararsız hala düşmüş məhsullar endirim adı ilə təkrarən müştərilər üçün satışa çıxarıldığı bildirilir.
Videonu təqdim edirik:










